Manat Türk lirəsi, Ukrayna qrivnası və Qazaxıstan tengəsinə qarşı daha çox bahalaşıb
2024-cü ilin 9 ayı ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın “Pul siyasəti icmalı”nın Noyabr buraxılışında bildirilir.
Qeyd edilib ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət etmişdir. Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.32%, satış məzənnəsi isə 0.12% fərqli olmuşdur.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. Manatın məzənnəsi Türk lirəsinə qarşı 17.1%, Ukrayna qrivnasına qarşı 11.2%, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlmişdir.
Hesabat dövrü ərzində manatın məzənnəsi avro qarşısında 1.7%, İngiltərə funt sterlinqi qarşısında 4.2%, İsveçrə frankı qarşısında isə 2% ucuzlaşmışdır.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına təsir etmişdir. Ümumilikdə, 2024-cü ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənmiş, real effektiv məzənnəsi isə 3.3% ucuzlaşmışdır. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir etmişdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)


