Meyvə bağları və əkin sahələri üzrə - AQRAR SIĞORTA ÖDƏNIŞLƏRI 4 DƏFƏ ARTIB
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi genişlənməkdə, aqrar sığortadan faydalanan fermer və təsərrüfatların sayı və onlara sığorta ödənişlərinin məbləği artmaqdadır.
Xüsusilə meyvə bağları və əkin sahələrinə dəyən zərərlər üzrə ödənişlərin məbləği və tezliyi kəskin artıb.
Aqrar Sığorta Fondunun açıqladığı rəqəmlərə əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında müxtəlif hadisələrdən zərər çəkmiş təsərrüfatlara ümumilikdə 4 milyon 49 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 2,9 dəfə artıqdır, Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 1 milyon 409 min manat sığorta ödənişi edilmişdi.
Aqrar sığorta ödənişlərindən 3 milyon 142 min manat meyvə bağları və əkin sahələri üzrə həyata keçirilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə artıqdır.
Bu dövrdə Aqrar Sığorta Fondu gilas, üzüm, alça, ərik, badam, fındıq, xurma, limon, qoz bağları, eləcə də arpa, buğda, pambıq, çəltik, qarğıdalı, kartof, kələm, soya əkinləri üzrə ödənişlər edib.
Hesabat dövründə iri və xırdabuynuzlu heyvanların sığortası üzrə 907 min manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 45% artıqdır.
2024-cü ilin ilk 10 ayında ölkə üzrə 406 500 hektar əkin sahəsi sığortalanıb və 10 milyon 841 min manat sığorta haqqı toplanıb. Ən çox sığortalanan bitkilər nar, fındıq bağları, çəltik, şəkər çuğunduru, buğda, arpa, qoarğıdalı, pambıq sahələridir.
Eyni zamanda ölkə üzrə 2 619 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 1 milyon 580 min manat sığorta haqqı toplanılıb.
Ümumilikdə bu dövrdə 12 milyon 421 min manat sığorta haqqı toplanılıb, müqabilində fermer və təsərrüfatlara 475 milyon manat həcmində sığorta təminatı verilib.
Xatırladaq ki, hazırda Aqrar Sığorta Fondu 48 bitki məhsulunu sığortalamağa imkan verir, buraya taxıl və texniki bitkilər, bostan bitkiləri və meyvə bağları aiddir. Aqrar Sığorta Fondu ölkədə əkilən demək olar ki, bütün meyvə bitkilərini sığortalayır.
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
7 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 8 saat əvvəl
-
9 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
9 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)



.jpg)



