"Bank Respublika" törəmə şirkətinin fəaliyyətini dayandırdığını elan etdi
Bank Respublika diqqətini bank bazarına yönəldəcək.Azərbaycanın maliyyə sektorunun liderlərindən biri olan "Bank Respublika" bank xidmətləri sahəsində mövqelərinin gücləndirilməsinə yönəlmiş yeni strategiyası çərçivəsində törəmə şirkəti olan "Bakı Sığorta" şirkətinin fəaliyyətini könüllü şəkildə dayandırdığını elan edib.
Bankdan Marja-ya verilən məlumata görə, bu qərar "Bank Respublika"ya innovativ bank məhsullarının hazırlanması və tətbiqinə, həmçinin müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına fokuslanmağa imkan verəcək.
"Bankın bütün göstəricilər üzrə əldə etdiyi yüksək nəticələri nəzərə alaraq və mövcud vəziyyəti hərtərəfli təhlil etdikdən sonra belə bir qərara gəldik ki, bank xidmətlərinə fokuslanmaq bizə dinamik inkişafı davam etdirmək və real sektorun maliyyələşdirilməsinə diqqət yetirmək üçün daha geniş imkanlar yaradacaqdır"- deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Qeyd edilib ki, səhmdarların "Bakı Sığorta"nın fəaliyyətinin dayandırılması ilə bağlı qərarı artıq Azərbaycan Mərkəzi Bankına təqdim olunub.
""Bakı Sığorta" müştəriləri qarşısında bütün öhdəliklərini tam yerinə yetirməyə davam edəcək, zəruri dəstəyi və köməyi təmin edəcək. Bütün mövcud sığorta müqavilələri tam həcmdə icra olunacaq",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 24 d. əvvəl
-
-
55 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 saat əvvəl
-
3 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)



