“Bank Respublika”nın COP29 çərçivəsində MÖHTƏŞƏM UĞURU
Bank Respublika COP29 çərçivəsində 3 beynəlxalq maliyyə təşkilatından yaşıl kredit cəlb edib.BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) “Bank Respublika”nı dəstəkləyərək Azərbaycanda yaşıl layihələrin maliyyələşdirilməsi üçün böyük həcmli kredit ayırıb.
İmzalan sazişə əsasən, beynəlxalq maliyyə institutu “Bank Respublika”ya 4 illik müddətə 20 milyon ABŞ dolları məbləğində yaşıl kredit təqdim edəcək. Kredit vəsaitləri ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarını tətbiq edən mikro, kiçik və orta müəssisələrə, eləcə də aşağı gəlirli ailə bizneslərinə dəstək məqsədilə yönəldiləcək.
Bu, yeni iş yerlərinin yaradılmasına, sosial dayanıqlılığın artırılmasına və yaşıl texnologiyaların daha geniş əhali təbəqələrinə əlçatanlığının təmin edilməsinə imkan yaradacaq. Belə təşəbbüslərin dəstəklənməsi, dayanıqlı iqtisadi artıma kömək edəcək və bölgələrin inkişafını stimullaşdıraraq onları qlobal ekoloji transformasiya proseslərinə inteqrasiya edəcək.
Qeyd edək ki, bu “Bank Respublika”nın COP29 çərçivəsində beynəlxalq maliyyə təşkilatları ilə bağladığı 3-cü yaşıl kredit sazişi olub. Bank daha öncə Niderland İnkişaf Bankı ilə və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə böyük həcmli və mühüm kredit sazişi bağlamışdır.
“Özəl biznes, xüsusilə kiçik biznes Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunda iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bizim məqsədimiz maliyyə sektorunun bu müəssisələri dəstəkləmək qabiliyyətini artırarkən, eyni zamanda iqlimə davamlılığı təşviq etməkdir. Hesab edirik ki, IFC-nin” Bank Respublika”-ya ayırdığı vəsaitlər iqlim maliyyələşdirmə məhsullarının effektivliyini nümayiş etdirəcək və maliyyə institutlarının bunları daha geniş tətbiq etməsinə stimullaşdırıcı rol oynayacaq”– deyə IFC-nin Avropa, Latın Amerikas və Karib dənizi üzrə regional vitse-prezidenti Alfonso Garcia Mora bildirib.
“Bank Respublika olaraq ölkəmizdə uğurla davam edən COP29 çərçivəsində çoxillik tərəfdaşımızla bu müqaviləni imzalamaqdan olduqca məmnunuq və hesab edirik ki, bu saziş əlaqələrimizin möhkəmləndirilməsi və birgə ekoloji təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm addım olacaq. IFC kimi nüfuzlu beynəlxalq maliyyə təşkilatı ilə əməkdaşlıq yalnız “Bank Respublika”nın etibarlı maliyyə təşkilatı kimi etibarını təsdiqləmir, həm də mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün yeni imkanlar açır. Əminik ki, bu saziş ölkəmizdə ekoloji cəhətdən məsuliyyətli layihələrin maliyyələşdirilməsi üçün geniş imkanlar yaradacaq və qlobal miqyasda ekoloji problemlərin həllinə töhfə verəcək” – deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
9 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
9 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
9 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
10 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)








.jpg)








