Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTO
(®) Mastercard ABB ilə əməkdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı mübarizə üçün innovativ fintex həlləri kəşf etmək məqsədilə keçirilən “Sandbox as a Service” platforması üzrə virtual hakatonu uğurla başa vurub.
Hakatonda regionun 8 aparıcı fintex startapı iştirak edib və dayanıqlı inkişafı dəstəkləmək və karbon emissiyalarını azaltmaq üçün məhsulları canlı təqdim ediblər.
Hakatonda ümumilikdə 50-dən çox regional və yerli fintex həlləri dəyərləndirilib. Finalçılar Azərbaycan bazarında fəaliyyət göstərə bilmək qabiliyyəti, banklarla inteqrasiya üçün hazır canlı məhsullar təqdim etmək və dayanıqlılıq mövzusuna uyğun olmaq kimi meyarlara əsasən seçilib.
Final günündə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, ABB, Kapital Bank, Paşa Bank, Mastercard və Sabah Hub-ı təmsil edən altı ekspertə iştirakçılar tərəfindən məhsul təqdimatları keçirilib. Ekspertlər təqdim edilmiş həlləri “Sandbox as a Service” platformasında banklar, innovasiya və istifadəçi təcrübəsi üçün aktuallıq baxımından dəyərləndirib.
Dayanıqlılıq üzrə hakatonunun qalibləri aşağıdakılar olub:
• 1-ci yer – CARBONEMIT
• 2-ci yer – BESO
• 3-cü yer – FARADAI
Birinci yerə çıxan CARBONEMIT startapı ABB tərəfindən inkişafını genişləndirmək üçün 10 000 ABŞ dolları və Mastercard “Sandbox as a Service” platformasına tam giriş imkanı əldə edəcək. İkinci və üçüncü yerin sahibləri isə platformaya fərdi giriş hüququ və əlavə Mastercard üstünlükləri ilə mükafatlandırılacaqlar.
Bu komandalar iqlim problemlərinin həlli üzrə qabaqcıl yanaşmalar və banklar, həmçinin maliyyə institutları üçün praktik tətbiqlər təklif etməklə münsiflərdən yüksək qiymət alıb.
Mastercard dayanıqlı innovasiyaları dəstəkləməyə, ətraf mühitə qarşı məsuliyyəti təşviq etməyə və daha yaşıl gələcəyə töhfə verən fintex həllərini dəstəkləmək öhdəliyinə sadiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)





.jpg)

