Azərbaycan şirkəti "yaşıl istiqraz" buraxacaq
12 noyabr 2024-cü il tarixində COP29 konfransında “Bakı Fond Birjası” QSC və “AZCHEMCO” MMC şirkətləri arasında kapital bazarları vasitəsi ilə maliyyələşdirmə, o cümlədən yaşıl istiqrazların buraxılması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.
Sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.
Memorandum şirkətin kapital bazarları vasitəsilə dayanıqlı inkişafı və bu istiqamətdə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.
Məlumat üçün bildiririlib ki, “AZCHEMCO” MMC şirkəti COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihəni təqdim edir. İnnovativ layihə olan şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək.
XXX
Bu gün COP29 konfransında “Bakı Fond Birjası” QSC və “AZCHEMCO” MMC şirkətləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
"Marja" Birjaya məlumat yayıb.
Memorandum kapital bazarları vasitəsi ilə maliyyələşdirmə, o cümlədən "yaşıl istiqrazlar"ın buraxılması istiqamətindədir.
Xatırladaq ki, "AzChemco" 2020-ci ildə yaradılıb. Şirkət ölkədə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək verilməsi, əhalinin təhlükəsiz, keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılması ilə məşğuldur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







