Çinin telekommunikasiya texnologiyaları şirkətinin nümayəndələri ÇİRES-ə səfər edib
Çin Xalq Respublikasının “FiberHome International Technologies Co. Ltd.” şirkətinin vitse-prezidenti Jun Zhounun rəhbərlik etdiyi nümayəndə heyəti “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfər edib.
Azərbaycan İnvestisiya Holdinqi (AİH) ilə “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti arasında əməkdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Holdinqin idarəetməsinə verilən şirkətlərdə rəqəmsal həllər və müasir texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi, istehsalatda mövcud texniki imkanların qiymətləndirilməsi məqsədilə təşkil edilən səfərdə qonaqlar “Çovdar” qızıl mədəni, ÇİRES-də infrastruktur obyektləri, o cümlədən yeni istifadəyə verilmiş Çəndə Qələviləşdirmə Zavodu ilə tanış olub, istehsal prosesinin bütün mərhələlərini izləmək imkanı əldə ediblər.
Qonaqlara “AzerGold” QSC-nin mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında həyata keçirdiyi hasilat və istehsalat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi, işçilərin sağlamlığı və təhlükəsiz əmək şəraitinin təmin olunması sahəsində gördüyü işlər barədə məlumat verilib. Həmçinin müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilmiş tədbirlərdən danışılıb. Məlumat verilib ki, ÇİRES-də yeni istifadəyə verilən Çəndə Qələviləşdirmə Zavodu ən müasir texnologiyalarla təmin edilib, müəssisədə işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müasir idarəetmə sistemi qurulub.
Mədən və istehsalat sahəsi ilə tanışlıqdan sonra tərəflər arasında təşkil edilən görüşdə istehsalat sahəsində 5G şəbəkənin formalaşdırılması, avadanlıq, qurğu və sistemlərə IoT – “internet of things” (əşyaların interneti) həllərinin quraşdırılması, SƏTƏM üzrə Smart nəzarət və icra sistemlərinin təkmilləşdirilməsi, əməliyyat-nəzarət bloku və qeydiyyat cihazlarının inteqrasiyası imkanları müzakirə olunub, müəssisədə texniki qulluq üçün mövcud planlama, öncədən xəbərdarlıq sistemləri dəyərləndirilib. Görüşün yekunu olaraq Çin şirkəti tərəfindən Səhmdar Cəmiyyətinin texniki tələbləri və texnoloji ehtiyaclarına uyğun təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsinə, daha sonra konkret əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə qərar verilib.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FiberHome Telecommunication Technologies Co., Ltd.” şirkəti Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, IP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat sonra
- 10 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)










.jpg)
