Gəncədə ət istehsalı 31 faizə yaxın artıb
2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 63,2 ha əkin (ondan 29,0 hektar dənli və dənli paxlalı bitkilər, 34,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. 2024-cü ilin yanvar-sentyabr aylarında tarlalardan 59,7 ton dənli və dənli paxlalı bitkilər, 138,9 ton tərəvəz, 661,8 ton meyvə və giləmeyvə, 413,1 ton üzüm toplanmışdır.
2024-cü ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 762 baş iribuynuzlu mal-qara (ondan 326 baş inək və camış), 1714 baş qoyun və keçi, 29 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2024-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində 149,0 ton ət diri çəkidə, 503,0 ton süd, 928 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 35,0 ton (30,7 faiz), yumurta istehsalı 132 min ədəd (16,6 faiz) artmış, süd istehsalı 2,0 ton (0,4 faiz), yun istehsalı isə 1,0 ton (33,3 faiz) azalmışdır.
2024-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 3072,6 min manat, o cümlədən bitkiçilik məhsulları 1421,3 min manat, heyvandarlıq məhsulları 1651,3 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 42 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
21 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir







.jpg)




.jpg)






