Bank of Baku-dan təbiətə qayğı – ağacəkmə aksiyası keçirildi
(®) Korporativ sosial məsuliyyət layihələrində “Təbiətə Yaxın Bankçılıq” şüarını da əsas tutan Bank of Baku ətraf mühitin, təbiətin qorunmasına istiqamətlənmiş layihələrini davam etdirir.
30 oktyabr tarixində Bank of Baku-nun təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
“Yaşıl dünya naminə əl-ələ verək” mesajını vurğulayan ağacəkmə aksiyasında Bank of Baku-nun rəhbərliyi və əməkdaşları iştirak edib.
COP29 ərəfəsində keçirilən aksiyanın əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq, ölkəmizdə ərazilərin yaşıllaşdırılmasına töhfə vermək, həmçinin dünyada ekologiya ilə bağlı baş verən proseslərə diqqət çəkmək və yaşıllıqların əhəmiyyətini xatırlatmaqdır.
Ekoloji aksiyada Bakı-Abşeron ərazisinin torpaq-iqlim şəraitinə rahat uyğunlaşması ilə seçilən 300-dən çox Eldar şamı və Zeytun ağacları əkilib.
Qeyd edək ki, bundan əvvəl Bank of Baku Xəzərin Bilgəh sahilində 500 kq-dan çox plastik və digər məişət tullantıları toplanmasını həyata keçirmişdi.
Bank of Baku-nun “Təbiətə Yaxın Bankçılıq” şüarı altında istər bank daxilində, istərsə də ictimaiyyətə yönəlik dünyanın qorunmasına, təbiətin mühafizəsinə, təbii resurslardan qənaətli istifadəyə səsləyən maarifləndirmə işləri və tədbirləri davam edir.
Məlumat üçün bildirək ki, 30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)










.jpg)

