Bakı Fond Birjasında məsafədən ticarət investorların təkrar bazarda aktivliyini artırır - MÜSAHİBƏ

Bakı Fond Birjasının Əməliyyat və Ticarət üzrə rəhbəri Mətin Yolçiyev ilə müsahibə.
- Son dövrlər kapital bazarlarında və Bakı Fond Birjasında baş tutan səhm və korporativ istiqrazların ticarəti üzrə aktivlik müşahidə olunur. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, Bakı Fond Birjasının (BFB) üçillik strateji inkişaf planı çərçivəsində əsas hədəflərimizdən biri, istiqraz və səhm emissiyaları prosesini sürətləndirərək bazarı investorlara daha əlçatan etməkdir. Bu təşəbbüslərin kapital bazarında dövriyyənin artıracağını düşünürük. Eyni zamanda, həyata keçirilən üç əsas transformasiya istiqamətlərindən biri İT infrastrukturu və rəqəmsallaşmanın gücləndirilməsidir. Məqsədimiz, həm investorlar, həm də maliyyə cəlb edən tərəflər üçün rəqəmsal, şəffaf və sürətli ticarət platforması və bazar infrastrukturu yaratmaqdır.
- Azərbaycan kapital bazarlarında ilk dəfə İlkin Kütləvi Təklif (İKT) baş tutdu və ardınca mobil ticarətə start verildi. Bunun bazara necə bir təsiri oldu?
- BFB platformasında və ümumilikdə Azərbaycanda ilk dəfə İKT-nin baş tutması kapital bazarı iştirakçıları üçün tarixi bir hadisə oldu. İKT-nin keçirilməsindən sonra müştərilər birjanın texniki həllərindən faydalanaraq, investisiya şirkətlərinin tətbiqləri vasitəsilə bir toxunuşla qiymətli kağızlarını alıb-sata, bazar məlumatlarına çıxış əldə edə və ticarət əməliyyatlarını həyata keçirə bilərlər.
ABB səhmləri ilə ilk 5 ticarət gününün statistikasına əsasən (16-22 oktyabr 2024) orta hesabla gündə 235 ticarət əməliyyatı baş tutmuşdur və ortalama 95 min manatlıq ticarət həcmi ilə 215 milyon manat civarında gündəlik alış-satış tələb-təklifi formalaşmaqdadır.
ABB səhmləri ilə yanaşı, BFB-də ticarətə çıxarılan digər səhmlər də birja üzvləri və onların müştəriləri üçün məsafədən tam açıq şəkildə təmin olunub. Son statistik məlumatlara görə, bazara 34 min nəfərə yaxın yeni iştirakçı qoşulub ki, bu da bazarın dərinliyinə və səhm üzrə likvidliyə müsbət təsir edir. Gündəlik sifariş və əqd həcmi də mütəmadi olaraq artmaqdadır. Bazarın inkişafını təmin etmək üçün birja üzvləri və infrastruktur iştirakçıları ilə davamlı iş aparılır.
- Ticarət prosesinin daha əlçatan olması və yeni imkanların müştərilərə təqdim olunması üçün hansı planlar mövcuddur?
- Cari ilin yanvar-sentyabr ayları üzrə ipoteka istiqrazları istisna olmaqla korporativ istiqraz yerləşdirilməsinin həcmi ilk dəfə 513 milyon manatı keçmişdir ki, bu da bazarın əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir. Repo əməliyyatları üzrə də dövriyyə həcmi artmaqdadır və cari il üzrə 30 milyard manatdan artıq repo əməliyyatları qeydə alınmışdır. Növbəti planlarımız sırasında, ilk olaraq istiqraz bazarı alətlərinin məsafədən ticarətinin təşkil edilməsidir.
Növbəti mərhələlərdə istiqraz və səhmlər üzərində repo əməliyyatlarının məsafədən ticarətinin mümkün edilməsi nəzərdə tutulur. Bu kompleks addımlar, investorların qısa, orta və uzunmüddətli investisiya qərarlarını daha dəqiq qiymətləndirməsinə şərait yaradacaqdır. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun müxtəlif sifariş növlərinin və çeşidlərinin təqdim olunması da planlarımız arasındadır. Bu təşəbbüslər, bazarın daha rəqabətqabiliyyətli, likvid və əlçatan olmasına xidmət edəcəkdir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 34 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan Dəmir Yolları tərəfindən qəbul edilən blok qatarın sayı kəskin artıb
-
- 39 d. əvvəl
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti planı 592,1 milyon manat artıqlaması ilə yerinə yetirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB
-
1 saat əvvəl
İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
- 1 saat əvvəl
Son Xəbərlər

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Büdcədə 4 milyard manat artıqlıq yaranıb - DAHA ÇOX GƏLİR OLSA DA, DAHA AZ XƏRCLƏNİB

İri bankın nizamnamə kapitalı 31 milyon manatdan çox artırılır
Ən çox oxunanlar

Oktyabrda Azərbaycanda rəsmi fəaliyyətə başlayır

Azərbaycan bankına əlavə kapital yatırılır

İdarə üçün Xankəndidə yeni bina tikiləcək

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Məktəbli formalarının satıldığı ünvanlar açıqlandı - SİYAHI
