Mercedes-in xalis mənfəəti kəskin azalıb - "Avropanın avtomobil istehsalçıları qiymət rəqabətində uduzurlar"
Avtomobil istehsalçısının xalis mənfəəti 1,7 milyard avro təşkil edibAvtomobil istehsalçısı Mercedes-Benz-in xalis mənfəəti 2024-cü ilin üçüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 54% azalıb.
Marja xəbər verir ki, bu barədə şirkətin müvafiq dövr üzrə maliyyə hesabatında deyilir.
Mercedes-Benz-in 3-cü rüb üzrə xalis mənfəəti 1,7 milyard avro təşkil edib ki, bu da 2023-cü ilin 3-cü rübündəki xalis mənfəətdən (3,7 milyard avro) 54% azdır. Doqquz ay ərzində ümumi xalis mənfəət 31% azalaraq 11,3 milyard avrodan 7,8 milyard avroya düşüb.
Üçüncü rübdə minik avtomobillərinin satışından əldə edilən əməliyyat mənfəəti də 64% azalaraq 3,31 milyard avrodan 1,19 milyard avroya geriləyib.
Daha əvvəl Bloomberg xəbər vermişdi ki, Avropanın avtomobil istehsalçıları elektrikli avtomobillərin istehsalında geriləmə səbəbindən avtomobil sənayesinin gələcəyi uğrunda qlobal yarışda Amerika və Çin rəqiblərinə uduzmaq riski ilə üzləşirlər. CAR avtomobil araşdırma firmasının direktoru Ferdinand Dudenheffer deyib ki, avropalı avtomobil istehsalçıları “Avropada artan sürətlə qiymət rəqabətində uduzur”, Çin isə “elektrikli avtomobillərdəki üstünlüyünü genişləndirməyə davam edir”.
Mercedes-Benz səhmləri Cümə günü Avropa ticarətində ucuzlaşıb. Bu, Almaniyanın avtomobil istehsalçısının üçüncü rübdə əməliyyat mənfəətində kəskin (64%) azalma barədə məlumat verməsilə əlaqədardır. Rəqəmlər analitiklərin gözləntilərindən əhəmiyyətli dərəcədə fərqli olub.
Avtomobil seqmentində EBIT marjası 4,7% təşkil edib ki, bu da analitiklər tərəfindən gözlənilən 5,4%-dən aşağı olub.
Mercedes-Benz-in qazancında geriləmə, iqtisadi yavaşlama fonunda Çin istehlakçıları tərəfindən dəbdəbəli xərcləri davamlı azaltmalarını da əks etdirir.
"Üçüncü rübün nəticələri bizim ambisiyalarımıza cavab vermir", -Mercedes-in maliyyə direktoru Harald Vilhelm deyib. O qeyd edib ki, xərcləri azaltmaq üçün tədbirlər görəcək.
Mercedes-Benz indi tam illik avtomobil satışlarının keçən illə müqayisədə bir qədər aşağı olacağını, dördüncü rübün satışlarının üçüncü rüblə eyni səviyyədə olacağını gözləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 5 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 45 d. əvvəl
- 46 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI






















