Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib
(®) Geniş xidmət şəbəkəsi və müştərilərinə təqdim etdiyi müasir həllərlə ölkənin maliyyə sektorunda əhəmiyyətli rol oynayan Kapital Bank, həmçinin gənc kadrların inkişafına və cəmiyyətin rifahına yönəlik müxtəlif layihələr həyata keçirir. Xüsusən təhsilə dəstək istiqamətində bir çox layihələrlə gündəmə gələn bank, tələbələrin peşəkar kadr kimi inkişaf etdirilməsi mövzusunda ölkənin bir çox ali məktəbi ilə əməkdaşlıq edir.
Bunun üçün Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqları fəaliyyət göstərir. Bu otaqlarda tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı vaxtaşırı bankın peşəkar mütəxəssisləri tərəfindən təlimlərə cəlb olunurlar. Bu istiqmaətdə növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub.
Belə ki, ötən gün Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı interaktiv təlim və vörkşop keçirilib. Tələbələrlə öz təcrübələrini Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova və İşçi bağlılığı və motivasiya şöbəsinin Baş mütəxəssisi Nərmin Əhmədzadə bölüşüb.
Təlimlər düzgün karyera planlamasının aparılması, işə qəbul prossesinin ardıcılıqları, müsahibə zamanı diqqət olunmalı məqmalar, emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda verilib. Eyni zamanda təlimçilər tərəfindən interaktiv vörkşop və komanda oyunları keçirilib.
“Auditoriyada məzun var” layihəsi çərçivəsində isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş Nərgiz Əzimova öz karyera yolunu tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.
Sonda layihədə aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)





