Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır
(®) Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib.
Belə ki, Fond hər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə “Pəncəli Ürəklər” layihəsini həyata keçirib. Küçə heyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəmət hissini oyatmaq məqsədi daşıyan layihə “Bravo” supermarketlər şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısında sahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib.
Bu təşəbbüs sayəsində hər bir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarını ödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızın daha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır.
Qırmızı Ürəklər Fondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşı qayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki, heyvanlar bizə ehtiyac duyan sadiq dostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçün hamımızın üzərinə düşən məsuliyyətdir.
Layihəyə qoşulmaq imkanı bununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlər Birbank mobil tətbiqi vasitəsilə “Pəncəli Ürəklər” layihəsinə ianə edə bilər. Toplanan vəsaitlər sahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçün istifadə edilir.
İanə üçün: https://t.ly/7Aqrg
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti



















.jpg)






.jpg)

