STP Şirkətlər Ǫrupu “Sabahın Gücü” İnkişaf Proqramının növbəti məzunlarını təltif etdi!
(®) STP Şirkətlər Ǫrupunun həyata keçirdiyi “Sabahın Gücü” inkişaf proqramı çərçivəsində 1 Oktyabr tarixində Hilton oteldə növbəti məzun günü keçirilib.
Məlumat üçün qeyd edək ki “Sabahın Gücü” inkişaf proqramı ölkədə ilk dəfə olaraq STP Şirkətlər Ǫrupu tərəfindən mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını artırmaq məqsədilə yaradılan proqramdır.
Proqramın məqsədi ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsi siyasətinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc mühəndislər nəslinin yetişdirilməsi və son nəticə olaraq ölkə gənclərinin inkişafına dəstək verməkdir.
2023-cü ildən start götürən “Sabahın Gücü” proqramı gənclərin böyük marağına səbəb olmuşdur. Belə ki, 2023-cü ildə 100 nəfər müraciətçinin arasından 50 nəfər proqrama qoşulmuşdursa, сari tədris ilinin ilk yarısında bu say 3000 müraciətçi arasından 108 nəfər təşkil etdi. Tədris müddətində təcrübəçilərin texniki biliklərinin və yumşaq bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər təşkil edilmişdir. “Sabahın Gücü” təcrübəçilərinin peşəkar hazırlığını təmin etmək üçün STP Şirkətlər Ǫrupunda çalışan əməkdaşlardan ibarət mentorlar komandası formalaşdırılmışdır və proqrama cəlb edilmişdir.
Tədbirdə çıxış edən STP Şirkətlər Ǫrupunun İnsan Resursları üzrə Baş İnzibatçısı, “Sabahın Gücü” inkişaf proqramının rəhbəri Şölə Əliyeva, şirkət üçün gənclərin inkişafı prioritet məqsədlərdən olduğunu qeyd etdi və həmçinin əlavə etdi: “Son 4 ildə təqribən 400 nəfər gənc peşəkar sənaye mühəndisi kimi yetişdirilmişdir və “Sabahın Gücü” inkişaf proqramı çərçivəsində gənc mühəndisləri sənaye prosesinə cəlb etməklə, ölkə gəncləri arasında bu sektora marağın daha da böyüməsinə nail olmaq istəyirik. Eyni zamanda xanımların sənaye mühəndisliyi sahəsinə cəlb edilməsi məqsədi ilə STP Şirkətlər Ǫrupu və Təhsilin İnkişaf Fondu tərəfindən həyata keçirilən “Zərif Mühəndislər” layihəsində seçilən xanım qaliblərimizi də təqdim edərək onlara uğurlar arzu etmək istəyirəm.”
Ǫeyd edək ki, Gənclərin davamlı peşəkar inkişafını təmin etmək üçün “Sabahn Gücü” inkişaf proqramına yenidən start verilmişdir. Proqrama qoşulmaq üçün, CV-nizi mövzu hissəsində ixtisasınızı qeyd etməklə, [email protected] elektron ünvanına göndərə bilərsiniz və ya bu linkə keçid etməklədə müvafiq vakansiyanı seçərək müraciət etmək mümkündür.
STP Şirkətlər Ǫrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)
