"Mərkəzi Bank üçün icbari avtosığorta bazarını hansı sığorta şirkətinin tərk etməsinin fərqi yoxdur"
Mərkəzi Bank icbari avtosığorta bazarı iştirakçılarının sayının azalmasına münasibət bildiridiAzərbaycan Mərkəzi Bankı (AMB) bəzi sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bazarını tərk etməsində problem görmür.
Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə qurumun "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nın təqdimatında bildirib.
Xatırladaq ki, indiyə qədər "Azsığorta", "İpək Yolu Sığorta", "A-Qrup Sığorta" və "Bakı Sığorta" ASC-lərin könüllü müraciəti əsasında onların lisenziyalarının qüvvəsi icbari avtosığortaya verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
"AMB üçün bu bazarı hansı sığorta şirkətinin tərk etməsinin fərqi yoxdur. İcbari avtosığorta üzrə xidmət göstərən şirkət həmin müştəriyə kasko sığortası da satmağı bacarmalıdır. Yəni sığortaçı maliyyə dayanıqlılığını icbari avtosığorta hesabına əldə etməməlidir, bir az könüllü sığorta bazarında da aktiv olmalıdır. Sığorta şirkətinin hansısa seqamentdən çıxması kommersiya marağı ilə bağlı məsələdir. Yəni şirkət hesab edirsə ki, bu sığorta növü zərərlidir, həmin seqmentdə qalmaq sərf eləmir , onda həmin bazardan çıxır və bu normal tendensiyadır", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisi əlavə edib ki, Azərbaycanda kasko sığortasının inkişafı ölkədəki maşınların yaşından asılıdır: "Bizdə maşınların orta ömrü çoxdur. Nəticədə kasko sığortası haqqı artıq və onu satmaq çətinləşir. AMB üzərinə düşəni edir. Bazarda inkişaf meylləri görünür. Yaxın 3 ildə bu bazarda inkişafı proqnozlaşdırırıq".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 10 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
13 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 14 saat əvvəl
-
15 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
16 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)









