“Agro Dairy” 2 ədəd Azərbaycan istehsalı minatəmizləmə maşınlarını ANAMA-ya ianə edib
Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” 2 ədəd Azərbaycan istehsalı mexaniki minatəmizləmə maşınlarını ANAMA-ya ianə edib.(®) “Improtex Industry” Şirkətlər Qrupu tərəfindən “Made in Azerbaijan” brendi altında istehsal olunan daha 2 ədəd mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Bakı Ekspo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2024” sərgisində mexaniki minatəmizləmə maşınlarının Agentliyə təqdim edilməsinə həsr olunan mərasim keçirilib.
“Revival P” və “Revival T” - piyada və tank əleyhinə mexaniki minatəmizləmə maşınları Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biri olan “Agro Dairy” tərəfindən Agentliyə ianə edilib.
Təqdimat mərasimində Agentliyin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov, “Agro Dairy” şirkətinin baş icraçı direktoru Niyazi Əmirbəyov, “Improtex Industry” şirkətlər qrupunun baş direktoru Fərid Abdullayev, eləcə də bir sıra şirkətlərin rəsmiləri iştirak edib.
Təqdimat mərasimi çərçivəsində nümayəndə heyəti Agentliyin ADEX 2024 sərgisində təmsil olunduğu stendi ziyarət edərək, işğaldan azad edilmiş ərazilərdə icra edilən fəaliyyət, interaktiv xəritə üzərindən minatəmizləmə göstəriciləri, əməliyyatlar zamanı istifadə olunan alət və avadanlıqlar, azad edilmiş ərazilərdə əməliyyatlar zamanı aşkar olunan partlayıcı sursat nümunələri, eləcə də minatəmizləmə fəaliyyətini əyani şəkildə əks etdirən imitasiya sahəsi ilə tanış olublar.
Qeyd edək ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən mexaniki minatəmizləmə maşınları piyada və tank əleyhinə mina xətlərinin aşkar edilməsi, ərazilərin təmizlənməsi üçün sahələrin hazırlanması, minaaxtaran itlərin dəstəyi ilə şübhəli-təhlükəli ərazilərin qısaldılması məqsədilə istifadə edilir.
Təqdimat mərasiminin sonunda mexaniki minatəmizləmə maşınlarının sertifikatı Agentliyə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)




