Prezident İlham Əliyevə çoxməqsədli təyyarələr təqdim olundu
Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.
Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər.
Bildirildi ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir.
Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.
Qeyd edək ki, 2024-cü ilin Fevral ayında Pakistan Aeronavtika Kompleksi (PAC) Azərbaycan Hərbi Hava Qüvvələri ilə 1,6 milyard dollar dəyərində ixrac müqaviləsi imzalayıb. Pakistan tarixində ən böyük müqavilə olan bu müqavilə JF-17C Blok-III döyüş təyyarələrinin, təlim xidmətlərinin və sursatların çatdırılmasını nəzərdə tutur.
1971-ci ildə Pakistan Hərbi Hava Qüvvələri tərəfindən qurulan PAC, ölkənin hərbi aviasiya məkanında əsas oyunçuya çevrilib. Hərbi hava qüvvələrinin daxili ehtiyaclarına xidmət etməklə yanaşı, kompleks yüksək performanslı təyyarələrin çatdırılması üçün Türkiyə və Çin şirkətləri ilə əməkdaşlıq edərək beynəlxalq müştərilər üçün etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















