Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da AAğdam Sənaye Parkında, həmçinin “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.
Zavodun fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, layihə çərçivəsində havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları istehsal ediləcək.
MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Müəssisə üçün sənaye parkında bir hektar ərazi ayrılıb.
Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyalarının tətbiq olunduğu müəssisənin illik gücü 33 min ədəd müxtəlif avadanlıq istehsalıdır. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan müəssisədə 90 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
Zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Digər istehsal müəssisələri kimi, “Metkons” MMC də sənaye parkında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 91 min manatdan çox vəsaitə qənaət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























