Birbank Biznes yük gömrük bəyannaməsi əməliyyatlarında yeni həllər təqdim edir
Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib
(®) Birbank Biznes xaricə köçürmə əməliyyatlarının optimallaşdırılması istiqamətində mühüm yeniliklər tətbiq edib. Artıq müştərilər göstərilən xidmətlər və alınan malların ödənişlərini daha rahat və sürətli həyata keçirə biləcəklər. Belə ki, idxal və ixrac əməliyyatlarının tərkib hissəsi olan avans və yük gömrük bəyannamələrinin (YGB) ödəniş prosesi müştərilərin rahatlığı üçün sadələşdirilib.
Yeniliklərdən biri müştərilərin Dövlət Gömrük Komitəsinin səhifəsinə keçid etmədən birbaşa Birbank Biznes platformasında gömrük avans kodunu yaratmaq imkanıdır. Qeyd edək ki, bu xidmət ölkəmizdə bir ilkdir və məhz Birbank Biznes tərəfindən tətbiq olunub. Bundan əlavə, müştərilərin gömrük avans kodu məlumatlarını avtomatik dolduraraq əldə etməsi mümkün olacaq. Bu da məlumatların manual daxil edilməsi ehtiyacını minimuma endirir və səhv ehtimalını tamamilə aradan qaldırır.
Yeni köçürmə sistemi müştərilərə YGB nömrəsini əlavə etməklə müqavilə məlumatlarına, YGB-nin ümumi dəyərinə və qarşı tərəf haqqında ətraflı məlumatlara sürətli çıxış imkanı verir. Bu funksiya müştərilərə ödəniş etmək istədikləri YGB üzrə aktual məlumatları daha rahat əldə etməyə və ödəniş prosesinin avtomatlaşdırılmasına dəstək olur.
Eyni zamanda, idxal-ixrac bölməsində müştərilər avans və ona uyğun YGB məlumatlarını, ödənişlərin statuslarını izləyə bilərlər. Onu da qeyd etmək lazımdır ki, Dövlət Gömrük Komitəsinin sistemində yaradılan avans ödənişləri barədə məlumat avtomatik olaraq müştəriyə təqdim edilir və ödənişlərin məsafədən tam idarə olunması təmin edilir.
Ətraflı məlumat üçün: https://kbl.az/bbpraka
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
14 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
-
14 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
-
16 saat əvvəl
Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb
-
16 saat əvvəl
Sənədləşmələrdə heyvanların sayı artıq göstərilib , 39 milyon manat "xərclənib"
-
16 saat əvvəl
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayıb
-
17 saat əvvəl
IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"ZirvədəSən" təcrübə proqramımız başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Ən çox oxunanlar

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Metropoliten sədrinə 4-cü müşavir təyin edilib
