Mikro, kiçik və orta biznesə verilən kreditlər üzrə yumşalma gözlənilir

Mərkəzi Bank tərəfindən 2024-cü ilin II rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsini əhatə edir.
Marja xəbər veri ki, 2024-cü ilin II rübündə sorğu nəticələrinə əsasən, mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlər üzrə standartlarda yumşalma, iri sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar tərəfindən növbəti rübdə MKOS subyektlərinə kreditlər üzrə standartlarda yumşalmanın davam etməsi, iri sahibkarlıq subyektlərinə kreditlər üzrə standartlarda isə dəyişiklik olmaması gözlənilir.
Sorğu nəticələrinə əsasən 2024-cü ilin II rübündə MKOS subyektlərinə verilən kreditlərə tələbdə artım davam etmişdir. Bankların gözləntilərinə əsasən 2024-cü ilin III rübündə biznes kreditləri, xüsusilə MKOS kreditləri üzrə tələbdə artım müşahidə olunacaq.
2024-cü ilin II rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, bankın mövcud və gözlənilən likvidlik mövqeyi, ümumi iqtisadi və inflyasiya gözləntiləri olmuşdur. Uçot faiz dərəcəsinə dair gözləntilər isə biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir etmişdir
2024-cü ilin II rübü üzrə kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
21 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
22 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
Ən çox oxunanlar

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir
