Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu Kür çayının sahilində keçirildi
(®) Qırmızı Ürəklər Fondu Kapital Bank-ın 150 illik yubileyi münasibətilə başlatdığı “Sıfır Tullantı” marafonu davam edir. İnsanlara ətraf mühitin mühafizəsinə qarşı həssaslığı artırmağa və təbiəti qorumağa hədəfləyən layihə bu dəfə Yevlax rayonunun Varvara kəndində Kür çayının sahilində həyata keçirib. Marafonda bankın “Mərkəzi Aran” iqtisadi rayonunu əhatə edən filial şəbəkəsindən 50-dən çox könüllü iştirak edib.
Tədbir zamanı ərazi 753 kq plastik və zərərli tullantılardan təmizlənib.
Marafon çərçivəsində fikirlərini bildirən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı bu göstəricilərin ətraf mühitin qorunması və təmizliyinə dəyərli töhfə olduğunu qeyd edib. “Təbiətin mühafizəsi Fond olaraq bizim əsas istiqamətlərimizdən biridir. Bu yolda bizə dəstək olan bütün könüllülərimizə minnətdaram. Biz gələcək nəsillərimizə daha sağlam bir dünya miras qoymaq üçün toplanmışıq. Bunun üçün insanların məlumatlı olmaları, şəxsi məsuliyyətlərini dərk etmələri, təbiəti qorumağa elə öz ətraflarından başlamaları yetərlidir.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)


