Kapital Bank iri ABŞ bankında müxbir hesabı açdı
Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrini genişləndirir
(®) Ölkənin birinci bankı Kapital Bank beynəlxalq maliyyə institutları ilə əlaqələrin inkişaf etdirilməsi və müştəri köçürmələrinin sürətli icrası istiqamətində növbəti uğurlu addım atıb. Belə ki, Kapital Bank ABŞ-nin ən iri və nüfuzlu banklarından biri olan Bank of New York Mellon-da müxbir hesabı açaraq beynəlxalq maliyyə əməliyyatlarını daha da gücləndirib.
Bank of New York Mellon 1784-cü ildə təsis olunub və ABŞ-nin ən qədim maliyyə qurumlarından biri hesab olunur. Bank dünyanın bir çox ölkəsində fəaliyyət göstərən nümayəndəlikləri ilə qlobal maliyyə bazarlarında yüksək etimad və mövqeyə sahibdir.
150 illik yubileyini qeyd edən Kapital Bank bu kimi təşəbbüsləri ilə Azərbaycanın bank sektorunun əsas sütunlarından biri olaraq maliyyə bazarında mövqeyini daha da gücləndirir. Xidmət keyfiyyətinin artırılmasına və bankın nüfuzunun gücləndirilməsinə yönələn bu kimi addımlar bankın bir çox sahədə strateji rolunun göstəricisidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
18 saat əvvəl
"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
-
19 saat əvvəl
Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb
- 19 saat əvvəl
-
20 saat əvvəl
Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb
- 20 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycanda Anım Günüdür

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkarlanıb

IM Motors LS6 EREV – 1500 + km yürüş məsafəsi ilə gələcəyin avtomobili Bakıya gətirilir

Sentyabrın 27-də gözlənilən hava şəraiti
