“MPAY” ödənişləri “SİMA İmza” ilə limitsiz və rahatdır!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “MPAY” elektron pulqabısına inteqrasiya edilib.
Artıq müştərilər “MPAY” mobil tətbiqindəki 300 manatdan yuxarı ödənişlər və pul köçürmələri zamanı tələb olunan kimliyin təsdiqlənməsi prosesini “SİMA İmza” vasitəsilə rahatlıqla həyata keçirə bilərlər.
Qeyd edilən məbləğdə ilk dəfə ödəniş edən müştəri avtomatik olaraq “Eyniləşdirmə” bölməsinə yönləndirilir. Burada o, “SİMA İmza”nın üztanıma testindən keçməli və ödənişi (köçürməni) həyata keçirən şəxsin həqiqətən özü olduğunu təsdiq etməlidir. Üztanıma tələbi yalnız bir dəfə tətbiq olunur və sonrakı ödənişlərdə müştəri özü təyin etdiyi PIN kodu daxil etməklə böyükhəcmli pul köçürmələrini reallaşdıra bilir.
Qeyd edək ki, SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















