Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

330 milyon sərmayə ilə cəmi 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
330 milyon sərmayə ilə cəmi 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İşğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında bu il bir neçə müəssisə fəaliyyətə başlayacaq.

İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya formalaşdırılıb ki, bu da iş adamlarının sözügedən sənaye zonalarına marağının artmasına səbəb olur.

Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə investisiya kapitalı 330 milyon manatdan çox olan 39 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 47 sahibkarlıq subyekti tərəfindən sənaye parklarında 2900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parklarına 89 milyon manatdan çox investisiya yatırılıb, 330-dan artıq daimi iş yeri yaradılıb.

15.08.2024 15:48

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ