Azərbaycan Rusiya-Ukrayna müharibəsi fonunda nar üçün yeni bazarlar axtarır
Rusiya-Ukrayna müharibəsinin Azərbaycan narının əsas alıcıları olan bu iki ölkəyə məhsul nəqlində yaratdığı çətinliklər hələ də qalmaqdadır.
Bunu açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum Azərbaycan narını yeni bazarlara çıxarmağa, bir növ ölkənin nar ixracını şaxələndirməyə çalışır.
"Yeni ixrac bazarları ilə bağlı əsasən Fars körfəzi ölkələri ilə də davamlı danışıqlar aparılır. Bu danışıqların bir qismi ölkəmizdə səfərdə olan Küveytin və bir neçə böyük xarici şirkətin nümayəndələri ilə baş tutub. Həmin ölkələrə ixracın yaxın illərdə reallaşması üçün əlimizdən gələni edirik.
Bununla yanaşı, Avropa ölkələri də maraq dairəmizdə olan bazardır. Tələb olunan sertifikatları əldə etməyə və dövlətlərarası qaydalar çərçivəsində nar ixrac etməyə çalışırıq.
Paralel olaraq narı Çin bazarına da çıxmağa cəhd edirik. Bu ölkəyə ixrac üçün qida ilə bağlı hökumətlərarası saziş imzalanmalı və bunun əsasında ixrac reallaşdırılmalıdır. Bu günə kimi Çinə ancaq nar şirəsi ixrac edilib. İxracın həcmi 2023-cü ildə 76,9 ton, 2024-cü ilin ilk 6 ayında isə 7,2 ton təşkil edib", - deyə sədr qeyd edib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə 28 min 628 ton, o cümlədən Rusiyaya 24 min 313 ton, Ukraynaya 1 min 764 ton, Gürcüstana 1 min 671 ton, Qazaxıstana 441 ton, Belarusa 368 ton nar ixrac edib. Bu ilin I yarısında isə nar ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 41 % az - 6 208 ton təşkil edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























.jpg)

