Aqrar sığorta üzrə ilk qadın ekspert fəaliyyətə başlayıb
Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti oldu.
Son illər müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar, sel-subasma, dolu və sair hallar kənd təsərrüfatına da xeyli zərər vurur. Fermerlərin zərərlərini qarşılamaq, davamlı fəaliyyətini təmin etmək məqsədilə yaradılmış Aqrar Sığorta Fondu bu işdə müstəqil aqrar sığorta ekspertlərinin xidmətindən istifadə edir.
Qanunvericiliyə əsasən 70-dən artıq ixtisas sahibi Aqrar Sığorta Fondunun təlimlərində iştirak etdikdən sonra Dövlət İmtahan Mərkəzində təşkil olunan imtahandan keçərək aqrar sığorta eksperti kimi fəaliyyətə başlaya bilər.
Hazırda müvafiq prosedurları tamamlayaraq sertifikat əldə edən onlarla mütəxəssis aqrar sığorta eksperti kimi Fondla əməkdaşlıq edir.
Son vaxtlar aqrar sığortaya inamın artması, təsərrüfatların sığortalanması zərurətinin yaranması ilə müstəqil aqrar sığorta ekspertlərinin işinə də tələbat artıb.
Yerli və xarici ekspertlərin təcrübəsini mənimsəyərək bu sahədə fəaliyyət göstərən ekspertlər arasında artıq qadın mütəxəssis də var.
Aqrar Sığorta Fondunun təlimlərində iştirak edərək sertifikat almış Pərvanə Əsədova ölkəmizdə ilk müstəqil aqrar sığorta eksperti sayılır.
Bitkiçilik sahəsində fəaliyyət göstərən xanım ekspert qısa müddətdə ölkənin çoxsaylı rayonlarına ezam olunaraq taxıl, qarğıdalı sahələrinə, meyvə bağlarına baxış keçirərək fermerlərə dəymiş zərərləri hesablayıb.
İlk qadın aqrar sığorta eksperti hesab edir ki, bu sahə sərbəst iş rejimi, iş saatlarının planlaşdırılması və qazanc baxımından qadınlara daha uyğundur. O müvafiq ixtisas sahibi olan qadınlara özlərini bu sahədə sınamağı tövsiyə edib: "Aqrar sığorta sahəsi olduqca faydalı və maraqlıdır. Fermerlərə dəyən zərərin hesablanması və ona uyğun ödənişin edilməsi aqrar sahəyə böyük dəstəkdir. Eyni zamanda bu xanım mütəxəsislərin sərbəst iş rejimində işləyərək yüksək gəlir əldə etməsinə imkan yaradır".
Qeyd edək ki, son vaxtlar kənd təsərrüfatı sahəsində hadisələrin çoxalması sərbəst qrafiklə işləyən aqrar sığorta ekspertlərinin işlərinin və gəlirlərinin artmasına səbəb olub.
Hazırda Aqrar Sığorta Fondunun təlimlərinə qatılan qadın ekspertlərin sayı artmaqdadır. Artıq 10-a yaxın xanım ekspert imtahanı uğurla verərək müstəqil ekspert sertifikatı alıb və yaxın vaxtlarda müstəqil sığorta eksperti kimi fəaliyyətə başlayacaqlar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 21 saat sonra
- 17 d. əvvəl
-
-
24 d. əvvəl
“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində Şəriət Şurası yaradılır
-
1 saat əvvəl
Neft Fondunun 2025-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunları
-
1 saat əvvəl
AccessBank-dan pulsuz debet kart: “myCard White” ilə hər alış-veriş daha sərfəli!
-
1 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi
-
1 saat əvvəl
Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb
- 1 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Oktyabrın 24-də gözlənilən hava şəraiti

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi
Ən çox oxunanlar

Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb

"9 ayda hərraclarda 4 milyard 350,3 milyon dollar satmışıq"

Azərbaycan sənayesində inqilab – MDB regionunda qablaşdırmada nano texnologiya dövrü başlayır

Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda 5 bankın problemli kreditləri 75 milyon manatdan çoxdur

ABŞ "Rosneft" və "Lukoil"u "qara siyahı"ya saldı
