"Həmişə bu vaxtlar ucuz olurdu, amma bu il ucuzlaşmadı”
Yemin və otun təsərrüfatçılar tərəfindən baha qiymətə əldə edilməsi bazara çıxarılan iri və xırda buynuzlu heyvanların satışına təsirsiz ötüşməyib. Qiymətin alıcılar üçün məqbul olmaması satıcıların da ürəyincə deyil.
Sübhan Məmmədov- satıcı:
“Orta hesabla ət olmalıdır 8 manat, ancaq mağazaya girirsən hər şey bahadır. Biz də məcbur olub buna görə baha veririk. Otun bağlamasını alırıq 4 manata, 5 manata. Bu dəqiqə yerində hər şey bahadır. Ona görə də məcbur oluruq heyvanı baha satmağa”.
Qiymətin baha olması heyvan bazarında durğunluğa səbəb olub. Yaranan alıcı qıtlığı bazara çıxarılan heyvanın satıcının əlində qalması ilə nəticələnir.
Qabil İmamverdiyev- satıcı: “Yem bahadı, ot bahadı, ona görə də heyvanın qiyməti bahadır. Diri heyvan ətinin kilosunu 10 manatdan götürürlər. Həmişə adətən bu vaxtlar ucuz olurdu, amma bu il ucuzlaşmadı”.
Aqil Əlişov- satıcı: “10 baş quzu gətirmişdim, ondan birini satmışam. Alıcı yoxdur, çox zəiflikdi. Quzu çoxdu, alıcı yoxdu”.
Natiq Əsgərov- satıcı: “Heyvan gətirmişik səhər tezdən hələ birdənə də siftə etməmişik. Heyvana baxırsan, amma alıcısı yoxdur”.
Mövcud vəziyyət satıcılar kimi alıcıları da razı salmır. Bazarda təkəmseyrək gözə dəyən alıcılar qiymətin əl yandırdığından şikayət edirlər.
Qabil Novruzov- alıcı: “Bu hardasa 13 kiloluq heyvandır, 110 manata almaq istəyirəm vermir”.
İsmayıl Seyidov- alıcı: “ Qiymətlər çox bahadır. Gəlmişik qurbanlıq almağa, çox baha deyirlər 120, 130 manata, ala bilmədik”.
Yaşadığımız Ramazan ayı, eləcə də qarşıdan Qurban bayramının gəldiyini nəzərə alan mütəxəssislər bazara çıxarılan heyvanların hələ bir müddət mövcud qiymətə satılacağını deyirlər.
© Arbtv
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti






















.jpg)


