Əmanətlərin Sığortalanması Fonduna "Naxçıvanbank"ı reyestrindən çıxarıb
Əmanətlərin Sığortalanması Fonduna 29 avqust 2008-ci il tarixdə üzv olan "Naxçıvanbank" ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun yaydığı məlumatda bildirilir.
"Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvanbank” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq “Naxçıvanbank” ASC-yə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş bank lisenziyası həmin tarixdən etibarən ləğv edilmişdir", - məlumatda deyilir.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Reyestrə daxil olma tarixi Bankın adı
130.07.07"XALQ"Bankı ASC
230.07.07"Azərbaycan Beynəlxalq Bankı"ASC
330.07.07“ACCESSBANK” QSC
430.07.07Melli İran Bankı Bakı filialı
530.07.07"Azər-Türk Bank" ASC
630.07.07"Bank of Baku" ASC
730.07.07"Bank Respublika" ASC
830.07.07"Kapital Bank" ASC
930.07.07"YELO BANK" ASC
1030.07.07"Rabitəbank" ASC
1130.07.07"TURANBANK" ASC
1230.07.07"UNİBANK" KB ASC
1330.07.07 Yapı Kredi Bank Azərbaycan QSC
1407.08.07"Expressbank"ASC
1510.09.07"Azərbaycan Sənaye Bankı" ASC
1604.12.07"Bank Avrasiya" ASC
1704.12.07"Paşa Bank" ASC
1816.01.09"AFB BANK"ASC
1926.02.09BANK VTB (AZƏRBAYCAN) ASC
2028.04.09PREMIUM BANK ASC
2115.04.10Bank "BTB" ASC
2215.05.15"Ziraat Bank Azərbaycan" ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
- 32 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
54 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
1 saat əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Əmək müqavilələrinin sayı artır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
FED/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.jpg)















