SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platformasının yeni “Videozəng” həlli istifadəyə verilib.
Tərəfdaşlara SİMA KYC məhsulunun tərkib hissəsi kimi təqdim olunan həll bankların və digər maliyyə qurumlarının bazarda formalaşdırdığı təlabat əsasında hazırlanıb.
Videozəng həlli müştərilər və maliyyə qurumları arasında təhlükəsiz videozənglər təmin edən videogörüş proqramıdır. Yeni müştərilər üçün məsafədən hesab açılması prosesini xeyli sadələşdirən proqram Mərkəzi Bankın tələb və qaydalarına tam şəkildə uyğundur.
SİMA-nın biometriya texnologiyası sayəsində Videozəng həlli bir neçə formada canlılıq testi aparır. Bu isə həm şəxsin eyniləşdirilməsini aparır, həm də zəngin tam qaydalar çərçivəsində olduğunu müəyyən edir. Güclü iki faktorlu təsdiqləmə nəticəsində saxtakarlıq və dələduzluq hallarının qarşısı alınır.
Qeyd edək ki, SİMA-nın Videozəng həlli banklara məsafədən hesab açılması əməliyyatlarını qanunvericiliyə tam uyğun şəkildə tamamlamaq imkanı verir. Müştərilər tərəfindən fiziki olaraq filiala getməyə ehtiyac qalmır. “Videozəng” ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















