Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 347,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 8,6 % çoxdur.
İkinci yerdə 308 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 82,2 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306 manat olmaqla Quba tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.
Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 223,9 manata (+15,1 % ), Bakıda 208,5 manata (+ 39,1 %), Lənkəranda 183,6 manata (- 28,3 %), Qaxda 161 manata (+ 20 %), Şəmkirdə 157 manata (+ 27,7 %), İsmayıllıda 156,6 manat, Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-93,9 %), Şəkidə 71,1 manat ( - 72,8 %) başa gəlib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
5 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











