"Kapital Bank" 2024-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurub
"Kapital Bank" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 123 milyon 919 min manat xalis mənfəət ilə başa vurub. "Kapital Bank"ın xalis mənfəəti cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon 772 min manat və ya 15,5% azalıb. Bank 2023-cü ilin ilk 6 ayını 146 milyon 691 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması əməliyyat xərclərinin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında "Kapital Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 666 milyon 418 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 124 milyon 818 min manat və ya 23% çoxdur.
2024-cü ilin ilk 6 ayında "Kapital Bank" ASC-nin cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 454 milyon 20 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 126 milyon 648 min manat və ya 38,7% çoxdur.
Beləliklə, xərclərdəki artım gəlirlərdəki artımı 1 milyon 830 min manat üstələyib. Həmçinin ötən il mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsait 1,9 dəfə artaraq 54 milyon 293 min manat təşkil edib. Xərclərdəki bu artımlar "Kapital Bank"ın xalis mənfəətinin düşməsinə səbəb olub.
30 iyun 2023- 30 iyun 2024 dövründə "Kapital Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 235 milyon 425 min manat və ya 34,8% artaraq 4 milyard 783 milyon 112 min manat çatıb. O cümlədən, istehlak kreditləri portfeli 635 milyon 191 min manat artaraq 2 milyard 562 milyon 435 min manata, biznes kreditləri portfeli 482 milyon 337 min manat artaraq 1 milyard 610 milyon 211 min manata, ipoteka kreditləri portfeli 117 milyon 898 min manat artaraq 610 milyon 467 min manata çatıb.
AKTİVLƏRİ 10 MİLYARD MANATA YAXINLAŞIB
30 iyun 2023-cü il tarixi ilə müqayisədə "Kapital Bank"ın cəmi aktivləri 2 milyard 40 milyon 135 min manat və ya 25,7% artaraq 30 iyun 2024-cü il tarixində 9 milyard 984 milyon 543 min manata çatıb.
"Kapital Bank"da depozitlər isə 1 milyard 362 milyon 141 min manat və ya 21,8% artaraq 7 milyard 601 milyon 89 min manata qalxıb.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











