"Unicapital"ın anderrayterliyində "Finca Azerbaijan"ın dollar istiqrazlarının hərracı baş tutacaq
İyulun 11-də Bakı Fond Birjasında "Finca Azerbaijan" QBKT MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 USD olan, 2,500,000 dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi baş tutacaqdır.
"Unicapital İnvestisiya Şirkəti"ndən Marjaya verilən məlumata görə, istiqrazın illik faiz dərəcəsi 9 %, faiz ödəniş dövrü isə hər 3 aydan bir təşkil edir. Müraciət üçün linkə keçid edin: https://unicapital.az/finca-istiqrazlari
Yerləşdirilmənin anderrayteri qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edir.
Qeyd edək ki, nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 17 ildən artıq müddətdir ki, maliyyə sahəsində fəaliyyət göstərir. Qiymətli kağızların yerləşdirilməsi, investisiya və törəmə maliyyə alətləri üzrə geniş xidmət göstərən “Unicapital” İ.Ş., qiymətli kağızlar bazarına və emitentlərə göstərdiyi xüsusi dəstəyi ilə daima fərqlənib.
Şirkət dinamik dəyişən kapital bazarında təklif etdiyi anderraytinq xidməti ilə korporativ müştərilərinə səhm və istiqrazlarını birjaya yerləşdirmək, bizneslərini genişləndirmək və əlavə vəsait cəlb etmək imkanı yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı




















.jpg)



