Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
“Bakcell”in yeni brend strategiyasına uyğun innovativ mağazasının açılışı bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub.
Yeni açılmış Şuşa mağazası Laçın və Xankəndi filialları ilə birlikdə Bakcell-in Qarabağ bölgəsindəki sayca 3-cü mağazasıdır.
"Hədəfimiz, yeni brend kimliyimizi təqdim edərkən abunəçilərimizə verdiyimiz vədə sadiq qalmaqdır. Odur ki, biz, bundan sonra da innovasiya və yeni məhsullarımızı Azərbaycanın hər bir bölgəsində, xüsusən də, Qarabağda təqdim edəcəyik. Məsələn, biz ötən ay abunəçilərimizə ölkədəki ən sürətli sabit ev internetini təqdim etdik. Yaxın günlərdə isə, Wifi üzərindən zəng xidmətini dəstəkləyən VoWifi və bir sıra yeni məhsulumuzu abunəçilərimizin ixtiyarına verməyi planlaşdırırıq" - deyə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller Şuşa mağazasının açılışı zamanı qeyd edib.
Şuşa şəhərinin İstiqlaliyyət küçəsində yerləşən yeni Bakcell mağazası ziyarətçilərə tam yeni brend təcrübəsi yaşadacaq bir məkandır. Burada abunəçilər ehtiyacları olan ənənəvi xidmətlərlə yanaşı, Bakcell-in yeni xidmətləri, “high-tech” və “AI” dəstəkli məhsullar haqqında məlumat əldə edə bilərlər. Mağazada əməliyyatları keyfiyyətli şəkildə və sürətlə həyata keçirməyi təmin edən növbəli keçid sistemi və elektron guşə də yerləşdirilib.
Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE, eSİM və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























