"Azərbaycanda ötən il meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb"
Azərbaycanda 2023-cü ildə meyarı böyüyən şirkətlərin sayı 5 mini ötüb, halbuki 2022-ci ildə bu göstərici təqribən 4 600 təşkil edib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi"ndən deyib.
"Şirkətlərin böyüməsi təkcə onların dövriyyəsinin artması ilə deyil, eyni zamanda, texniki imkanlarının genişlənməsi, mütərəqqi biznes proseslərinin tətbiqi və məhsuldarlığının yüksəlməsi ilə müşayiət olunur. Bu da, ölkə iqtisadiyyatının dayanıqlığının artırılmasında və şaxləndirilməsində mühüm rol oynayır", - O.Məmmədov bildirib.
O, 5-ci "Yerli şirkətlərin tanıtım sərgisi"ndən bir sıra gözləntilərin olduğunu vurğulayıb:
"İlk növbədə, ümid edirik ki, sərgidə iştirak edən şirkətlər satış göstəricilərini daha da genişləndirə biləcəkdir. Ötən ilin statistikasına əsasən KOB sektoru üzrə dövriyədə artım müşahidə edilir.
Ölçülə bilən digər bir gözlənti iştirakçı şirkətlərin inkişaf etməsi və böyüməsidir. Ötən illərin rəqəmləri burada müsbət dinamikanın olduğunu göstərir. Nəhayət, ümid edirəm ki, sərgi təkcə yerli deyil, həmçinin, xarici bazarlarda da Azərbaycanı uğurla təmsil edə biləcək yeni KOB brendlərinin formalaşmasına töhfə verəcəkdir. Biz bugünkü sərgiyə beynəlxalq şirkətlərin, xarici biznes təşkilatlarının və assosiasiyaların nümayəndələrini də dəvət etmişik. Məqsədimiz onların vasitəsilə yerli şirkətlərimizin xarici auditoriyaya tanıdılmasına imkan yaratmaqdır".
Onun sözlərinə görə, bu gün ölkədə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən müxtəlif istiqamətlərdə geniş dəstək tədbirləri həyata keçirilir: "İstənilən biznes fəaliyyətinin əsas məqsədi isə istehsal olunan məhsul və xidmətlərin daha çox satılması ilə gəlir imkanlarının genişləndirilməsidir. İnnovativ texnologiyaların geniş vüsət aldığı müasir dövrümüzdə satış kanallarının çeşidi və məzmunu da dəyişir. Lakin sərgilər uzun tarixi keçmişə malik olmasına baxmayaraq, bu gün də effektiv platforma kimi öz əhəmiyyətini qoruyub saxlayırlar. Çünki onlar sahibkarlara müştərilər ilə birbaşa ünsiyyət qurmaq, öz brendini tanıtmaq, daha böyük və tanınmış şirkətlər ilə bir arada olmaq, mövcud yeniliklər ilə tanış olmaq və biznes əlaqələrini inkişaf etdirmək baxımından əlverişli imkanlar yaradır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
-
11 d. əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
-
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
-
58 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Azərbaycan neftinin son qiyməti
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir


















.jpg)






