Shell Sinqapurun Pavilion Energy şirkətini satın alır
Enerji şirkəti Shell, Sinqapurda yerləşən beynəlxalq investisiya şirkəti Temasek-in tərkibində olan mayeləşdirilmiş təbii qaz (LNG) ticarət şirkəti olan Pavilion Energy-nin səhmlərinin 100 faizinin alınması ilə bağlı razılaşma təmin edib.
Marja.az xəbər verir ki, Shell tərəfindən verilən açıqlamaya görə, Pavilion Energy-nin qlobal LNG ticarəti illik 6,5 milyon ton səviyyəsindədir.
Shell-in bu satınalma ilə qaz biznesinin həcmini 15-25 faiz artırmaq məqsədinə çatması planlaşdırılır.
Shell-in Temasek ilə Pavilion Energy-ni almaq üçün əldə etdiyi razılaşmanın 2025-ci ilin birinci rübündə tamamlanacağı gözlənilir.
Shell-in Qaz və İstehsal Direktoru Zoe Yujnoviç, Pavilion Energy-nin alınmasının Shell-in LNG-də lider mövqeyini gücləndirəcəyini qeyd edərək, “Biz Pavilion-un Asiya və Avropadakı strateji qaz bazarlarına çıxışlarını ehtiva edən LNG alqı-satqı müqavilələri portfelini alacağıq. Bunları Shell-in qlobal LNG portfelinə inteqrasiya etməklə biz müştərilərimizin enerji ehtiyaclarını ödəməyə kömək edə biləcəyik", - deyib.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 saat sonra
-
- 16 d. əvvəl
- 31 d. əvvəl
-
45 d. əvvəl
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
-
9 saat əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
14 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp İrana 300 milyard dollarlıq ödəniş iddialarını təkzib edib
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
Düyü idxalı 21,2% azalıb
Ən çox oxunanlar
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 316 ev alıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"

























