Azərbaycana Çindən, Hindistandan və Cənubi Koreyadan gələnlərin sayı kəskin artıb
Dövlət Statistika Komitəsi "Turizmin mövcud vəziyyəti haqqında" başlıqlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 179 ölkəsindən 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3,0 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan - 2,6 dəfə, Cənubi Koreyadan - 2,2 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Tacikistandan - 1,7 dəfə, Qırğızıstandan - 1,7 dəfə, Bəhreyndən - 1,7 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Türkmənistandan - 42,6 faiz, Pakistandan - 42,4 faiz, İtaliyadan - 42,4 faiz, Küveytdən - 41,2 faiz, Yəməndən - 39,7 faiz, İordaniyadan - 36,0 faiz, Misirdən - 33,5 faiz, Polşadan - 33,4 faiz, Almaniyadan - 25,2 faiz, Ukraynadan - 23,3 faiz, Türkiyədən - 23,1 faiz, Özbəkistandan - 23,0 faiz, Rusiya Federasiyasından - 20,3 faiz, ABŞ-dan - 19,5 faiz, Fransadan - 15,9 faiz, Gürcüstandan - 12,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 12,0 faiz artmışdır.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 31,1 faiz artaraq 37,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 24,0 faiz artaraq 367,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,5 faizi hava, 27,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,5 faiz artaraq 808,1 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,4 faiz, Türkiyəyə gedənlərin sayı 27,1 faiz, Gürcüstana gedənlərin sayı 21,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 14,9 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 21,9 faizi Rusiya Federasiyasına, 8,9 faizi Gürcüstana, 8,6 faizi İrana, 21,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,7 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
5 d. əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
-
37 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 45 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
3 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Ən çox oxunanlar
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti















.jpg)











