Azərbaycan və Türkiyə vətəndaşların qarşılıqlı səfərlərinə, yaşamalarına və işləmələrinə nəzarəti gücləndirir
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseyovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin həmkar qurumunun dəvəti ilə Ankara şəhərinə rəsmi səfər edib.
Səfər çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qardaş ölkənin daxili işlər naziri cənab Ali Yerlikaya ilə görüşüb. Görüşdə iki ölkənin müxtəlif sahələrdə birgə əməkdaşlığı yüksək qiymətləndirilib, həmçinin miqrasiya qurumları arasında əlaqələrin daha da inkişafının önəmi və vacibliyi vurğulanıb. Görüşdə həmçinin vətəndaşlarımızın qarşılıqlı gediş-gəlişinin daha da sadələşdirilməsi istiqamətində mühüm addımların atıldığı qeyd edilib və bu istiqamətdə tədbirlərin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Xidmət rəisi ilə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəçiliyi Qurumunun rəhbəri cənab Atilla Toros arasında geniş tərkibdə görüş keçirilib. Miqrasiya sahəsində işçi əlaqələrin gücləndirilməsi və iki ölkənin vətəndaşlarının bu sahədə üzləşdiyi çətinliklərin operativ həllinə öz töhfəsini vermək məqsədi daşıyan görüşdə iki ölkə arasında bütün sahələrdə mövcud olan sıx tərəfdaşlığın miqrasiya sahəsində daha da dərinləşdirilməsi, hər iki dövlətin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, dövlətlərimiz arasında miqrasiya sahəsində əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi, bu sahədə məlumat və təcrübə mübadiləsi, habelə yeni birgə fəaliyyətlərin həyata keçirilməsinin önəmi müzakirə edilib. İki ölkə arasında miqrasiya proseslərinin tənzimlənməsinin əsas istiqamətləri barədə geniş fikir mübadiləsinin aparıldığı görüşdə hər iki dövlətin vətəndaşlarının müxtəlif məqsədlərlə yaşamalarının, əmək fəaliyyəti ilə məşğul olmalarının sadələşdirilməsi ilə bağlı atıla biləcək mümkün addımlar ətraflı müzakirə edilib.
Daha sonra görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”in imzalanma mərasimi keçirilib. Sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır. Sazişi Azərbaycan Respublikası Hökuməti adından Vüsal Hüseynov Türkiyə Respublikası Hökuməti adından isə Atilla Toros imzalayıb.
Daha sonra Azərbaycanın nümayəndə heyəti Ankara Geri Göndərmə Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və yaradılan şəraitlə tanış olublar.
Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad Məmmədov başda olmaqla Səfirliyin əməkdaşları da iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 saat sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




