Naxçıvanda yeni Data Mərkəzin təməli qoyulacaq
Türkiyə ilə sərhəddən, yəni Sədərəkdən Ordubada qədər Naxçıvan şəhəri və Şahbuz da əhatə olunmaqla fiber-optik magistral işlərinin I mərhələsi yekunlaşıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini - nazir vəzifəsini icra edən Rahid Ələkbərli Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının IT rəhbərlərinin IV Zirvə Toplantısı”nda çıxışı zamanı bildirib.
“Artıq inşaat işlərinin satın alınması işləri başa çatıb. Bu, kifayət qədər ciddi layihədir. Hazırda mövcud infrastruktura alternativ infrastrukturun tikintisi nəzərdə tutulur. Söhbət 16 terabit saniyə tutumu daşıya biləcək infrastrukturdan gedir. Bu tutum təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, həm də regional və beynəlxalq tranzit trafiklərinin daşınması üçün hesablanıb. Layihənin inkişafı üzrə ayrılan büdcə 4 milyon manata yaxındır və demək olar ki, xərclənib”, - deyə o qeyd edib.
R.Ələkbərli qeyd edib ki, digər önəmli məsələ Data Mərkəzin tikintisi layihəsidir: “Bu, bizim təxirəsalınmaz layihələrimizdəndir. Layihə dövlət proqramı çərçivəsində həyata keçirilir. Artıq satınalma işlərinin bir hissəsi həyata keçirilib. Layihələndirmə işləri yekunlaşıb, artıq sənədləri ekspertizaya təqdim etmişik. Tezliklə Data Mərkəzin təməlqoyma mərasimi keçiriləcək”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























