Prezident özəl kapital şirkətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da alternativ investisiyaların idarə edilməsi üzrə Avropanın ən böyük və nüfuzlu investisiya şirkətlərindən biri olan “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.
Ölkəmizdə davamlı inkişaf proseslərinin getdiyini vurğulayan Rolli Van Rappard Azərbaycanın bir çox sahədə əldə etdiyi nailiyyətlərin çox təqdirəlayiq olduğunu bildirib. Qonaq “CVC Capital Partners” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etməsindən böyük məmnunluq hissi duyduğunu deyərək, gələcəkdə əməkdaşlığın daha da möhkəmlənəcəyinə inamını ifadə edib.
Prezident İlham Əliyev dünyanın qabaqcıl maliyyə qurumları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “CVC Capital Partners” şirkəti ilə uğurlu tərəfdaşlığını müsbət qiymətləndirərək mövcud münasibətlərin daha da gücləndirilməsi üçün əlverişli mühitin olduğunu bildirib. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini deyən dövlətimizin başçısı qeyri-sabit maliyyə bazarları mühitində də Fondun aktivlərinin artdığını vurğulayıb.
Qeyd edək ki, 1981-ci ildə təsis olunmuş “CVC Capital Partners” şirkətinin özəl səhmlər, özəl kredit, infrastruktur və digər fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 187 milyard avrodur. Dünyanın müxtəlif şəhərlərində 40 ofisi və 850-dən çox əməkdaşı olan şirkətin mərkəzi ofisi Lüksemburqda yerləşir.
CVC Capital Partners baş ofisi Lüksemburqda yerləşən özəl kapital (aktivlərin idarə olunması) və investisiya məsləhət şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























