Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!
Layihə əhalinin internetdəki təhdidlər barədə məlumatlılıq səviyyəsini artırmağa kömək edir
(®) Ölkənin lider mobil operatoru Azercell-in və “GİD CSR Consulting”in tərəfdaşlığı, həmçinin Naxçıvan MR Təhsil Nazirliyinin dəstəyi ilə Naxçıvan şəhərində “Təhlükəsiz internet” layihəsi baş tutdu. Layihə çərçivəsində şagird və kursantlar üçün maarifləndirici dərs keçirildi. Naxçıvan məktəbliləri onlayn təhdid və təhlükələr barədə, həmçinin onlarla mübarizə yolları haqqında məlumatlar əldə etdilər.
Sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilən dərsdə iştirakçılar aşağıdakı mövzularla tanış oldular:
- virtual tanışların yoxlanılması;
- şəxsi məlumatların sosial şəbəkələrdə istifadəsi və qorunması;
- şəxsi məlumatların daxil edilməsini tələb edən müsabiqələrdə iştirakdan imtina;
- şəbəkədə fırıldaqçıları və cinayətkarlarının əsas hiylələri;
- trollinq, kiberbullinq (onlayn qısnama) və ya qeyri-münasib onlayn davranış hallarında kimə və ya hara müraciət etmək
“Təhlükəsiz internet” layihəsi çərçivəsində dərslər “GİD CSR Consulting”in peşəkar təlimçiləri tərəfindən aparılır. “Təhlükəsiz internet” layihəsində 300-dən çox şagird və 100-dən çox valideynin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Azercell 2016-cı ildən mütəmadi olaraq internet təhlükəsizliyi haqqında maarifləndirici layihələr həyata keçirir. Bu illər ərzində müxtəlif yaşda olan 1500-dən çox internet istifadəçisi bu layihələrdən yararlanıb.
Layihə haqqında video material:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




