“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" Azərbaycanın milli mədəni irsinin qorunması və dünyada təbliği istiqamətində təşəbbüslərini davam etdirir.
Bu təşəbbüs çərçivəsində “PAŞA Bank” ölkəmizin zəngin xalçaçılıq sənətinin Avropada tanıdılması və Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Avropanın nüfuzlu mədəniyyət ocağı hesab olunan Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyinə müasir üslubda toxunmuş 3 xalçanı hədiyyə edib. Bu xalçalar Riqa şəhərində təşkil olunan “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgidə nümyayiş olunub.
Qeyd edək ki, Bank “Azərxalça” ASC və “AFFFAIR” markası tərəfindən qədim xalçaçılıq ənənələri əsasında müasir nümunələrin hazırlanması layihəsinin tərəfdaşlarından biri olub.
Bu layihədə, “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Pazırıq” və “Şəbəkəli” xalçalarının elementlərindən ilhamlanaraq məhdud sayda hazırlanmış müasir xalça nümunələrinin bir hissəsi mədəni irsin qorunması, müasirləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 23 d. əvvəl
- 37 d. əvvəl
-
42 d. əvvəl
Zelenski: Mükəmməl deyil, amma 20 maddəlik sülh planı mövcuddur
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
Ən çox oxunanlar
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb













.jpg)




.jpg)




