970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Deputat: Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Deputat: Supermarketlərdə yüzlərlə əndrabadi adda araq növləri satılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır.

Bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır: “Qiyməti də təxminən 3-4-5-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".

Deputat qeyd edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:

"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmiz Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır.  İdxal yoxdursa deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”.

© “Report” 

07.05.2024 13:20

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18