Coca-Cola-nın dəstəyi ilə ekoloji aksiya keçirilib
(®) Coca-Cola Azərbaycan 22 Aprel – Yer Günündə “Hilton Baku” otelinin təşkilatçılığı və digər tərəfdaşların iştirakı ilə Bakının Bilgəh çimərliyinin ərazisinin məişət tullantılarından təmizlənməsinə dəstək olub.
Davamlı gələcək, hamı üçün daha təmiz, daha sağlam mühit yaratmaq və təbiətə faydalı olmaq məqsədilə keçirilən aksiyanın şüarı “Bizim B Planetimiz yoxdur!” olub. Aksiyada çimərlik ərazisindən müxtəlif növ tullantılar toplanılıb.
Coca-Cola bundan əlavə Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə artıq 13 ildir ki sahilyanı təmizlik aksiyası da həyata keçirir. Həmin aksiya bütün dünyada qeyd edilən Beynəlxalq Sahilyanı Təmizlik günü çərçivəsində hər il sentyabr ayında təşkil edilir. Bu aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 66 hektardan çox ərazisi təxminən 50 ton məişət tullantısından təmizlənib.
Şirkət özünün “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda plastik tullantıların toplanması və təkrar emalını təşviq edən “HORECA Collection”, “Sıfır Tullantı”, “Təmiz Ölkəm” kimi layihələri də həyata keçirir. “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.
Xatırladaq ki, Coca-Cola 200-dən çox ölkədə sərinləşdirici içki məhsulların istehsalı və satışını həyata keçirən qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və cəmiyyətdə fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatlarının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


