Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb.
Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.
Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:“Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”.
Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub, eləcə də "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyük layihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
-
19 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 20 d. əvvəl
-
38 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
40 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq

























