Qlobal bazarlarda son vəziyyət
Bugün Yaponiya Mərkəzi Bankı aprel toplantısının nəticələrinə əsasən, uçot faiz dərəcəsini 0-0.1% səviyyəsində saxladı. Qeyd etmək lazımdır ki, tənzimləyici qurum mart ayında 17 il ərzində il dəfə olaraq uçot dərəcəsini artırmışdı. Xatırladaq ki, sonuncu dəfə 2007-ci ilin fevral ayında Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini 0.5%-ə qaldırmışdı, sonra isə 2008-ci ilin oktyab ayından başlayaraq faiz dərəcələrini endirməyə başlamışdı. 2016-cı ilin yanvar ayında isə tənzimləyici qurum -0.1% səviyyəsində mənfi uçot faiz dərəcəsi tətbiq etmişdi.
Yaponiya dövlət istiqrazlarına, dövriyyədə olan kommersiya xarakterli qiymətli kağızlara (CP) və korporativ istiqrazlara gəldikdə, tənzimləyici qurum mart qərarına uyğun olaraq geri alma siyasətini davam etdirəcək. Mərkəzi Bank təxminən bir ildən sonra onların alınmasını dayandıracaq. Həmçinin mərkəzi bank ölkənin ÜDM artımı proqnozunu 1.2%-dən 0.8%-ə qədər endirib.
Yaponiya Mərkəzi Bankının faiz qərarı fonunda USDJPY tarixi maksimum həddi yeniləyərək, 156.200 səviyyəsinə qədər bahalaşdı. Hal-hazırda valyuta cütlüyü 156.150 səviyyəsində ticarət olunur. EUR/USD və GBP/USD valyuta cütlükləri isə müvafiq olaraq 1.0724 və 1.2505 səviyyələrində qərarlaşıblar. Dollar indeksi 105.64 bənd təşkil edir.
Bazar iştirakçıları bugün ABŞ-ın Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu tərəfindən Bakı vaxtı ilə saat 16:30-da dərc olunacaq mart ayı üzrə ölkə əhalisinin gəlirləri və xərcləri haqqında məlumatları diqqətlə izləyəcəklər. Ekspertlər fevral ayı ilə müqayisədə gəlirlərin 0.5%, xərclərin isə 0.6% artığını proqnozlaşdırırlar.
ABŞ-da ÜDM üzrə məlumatlar dərc olunduqdan sonra, cümə günü səhər beynəlxalq birjalarda neft qiymətləri bahalaşır. ”Brent” markalı neft 87.40$ səviyyəsindən 89.20$ səviyyəsinə qədər artım göstərdi. “WTI” markalı neft isə 84.5$ səviyyəsinə qədər yüksəlib. Cari həftənin sonunda “Brent” markalı neft təqribi olaraq 2.4%, “WTI” markalı neft isə 1% bahalaşıb.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
11 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
-
12 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
44 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Rəsmi məzənnələr açıqlandı
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib


























