1 hektar fındıq sahəsi 11850 manat gəlir gətirib
Şimal bölgəsinin əsas iqtisadi rayonlarından olan Şabranda yaxın illərdə rayon ərazisində min hektara yaxın sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulub.
"Marja" xəbər verir ki, hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 220 hektardan çoxdur. Bu bağların 176 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 500 tona yaxın məhsul əldə olunub ki, onun da yarıdan çoxu yüksək keyfiyyətlidir.
Şabran rayonunda fındıqçılıq sahəsinin daha da inkişaf etdirilməsi, yeni fındıq bağlarının salınmasını sürətləndirmək məqsədilə rayonda xüsusi qərargah yaradılıb və ortaya çıxan bütün məsələlərin həlli məhz həmin qərargah vasitəsilə həyata keçirilir. Rayonda yeni fındıq bağlarının salınmasına dair tədbirlər planı da hazırlanıb və icrası uğurla davam etdirilir. Ümumiyyətlə, şabranlılar öz həyətyanı sahələrində fındıq becərdikləri üçün onun geniş istehsalında da heç bir çətinlik görmürlər. Bununla belə, əhali arasında maarifləndirmə işlərinin aparılması bu sahənin inkişafında mühüm addım sayılır. Adətən fındıq kolları əkiləndən bir neçə il sonra bar verməyə başlayır. Onlardan yüksək məhsuldarlığın alınması üçün hər fındıq ağacına xüsusi qulluq göstərilməlidir. Fındıq ağacının ən keyfiyyətli cəhəti odur ki, hər il məhsul verir. Kökü bərkidikdən sonra isə onun quruma ehtimalı azdır.
Yeni salınan fındıq bağlarında hazırda əkin işləri başa çatıb. Pöhrələr aqrotexniki qaydada suvarılır və onlara gübrə verilir. İsti yay günlərində sahibkarlar fındığın suvarılmasına diqqətlə yanaşırlar. Belə ki, körpə budaqları yayda qorudunsa, demək, işin yarısını görmüsən. Aqrotexniki qaydalara uyğun aparılan işlərin nəticəsidir ki, ötən il basdırılan bir topa belə itkiyə getməyib.
Şabranda fındıq bağlarında 1, 2 və 3 illik pöhrələr əkilib. Bu da imkan verir ki, yaxın gələcəkdə şabranlılar bol məhsul əldə etsinlər. Bununla şabranlılar ailə büdcələrini möhkəmləndirməklə bərabər, ölkə başçısının tapşırığını da yerinə yetirmiş olacaqlar.
Avqustun 12-də rayon icra hakimiyyətində keçirilən müşavirədə də qeyd olunmuşdur ki, fındıqçılığın inkişaf etdirilməsi üçün yeni bağların salınması diqqət mərkəzindədir. Hazırda rayonda 264 fermer bu sahə ilə məşğul olur.
Fındıq bağlarının 137 hektarı həyətyanı sahələrdə, 238 hektarı isə fermerlər tərəfindən pay və ya bələdiyyə torpaqlarında salınmışdır.
Tədbirdə o da vurğulanmışdır ki, ötən mövsümdə fermerlər tərəfindən 386 ton məhsul istehsal olunub. Onlar fındıq istehsalından 1 milyon 930 min manat gəlir əldə ediblər. Rayon üzrə fındıq bağlarının hər hektarında məhsuldarlıq 23,7 sentner olub. Bu isə o deməkdir ki , 1 hektar fındıq sahəsi orta hesabla fermerə 11850 manat gəlir gətirmişdir.
Eyni zamanda ilin sonuna kimi rayonda əlavə olaraq 800 hektar fındıq bağının salınması qərara alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)






.jpg)



