Ölkənin ən iri bankı mənfəətliliyini qoruyub
ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü ilin 1-ci rübünü 80,6 milyon manat xalis mənfəətlə başa vurub.
Marja.az xəbər verir ki, Bank 2023-ci ilin 1-ci rübünü 80,4 milyon manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2023-ci ilin 1-ci rübü ilə müqayisədə 2024-cü ilin 1-ci rübündə 0.2 milyon manat artıb.
2024-cü ilin 1-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 277,2 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 46,7 milyon manat çoxdur.
ABB-nin əməliyyat mənfəəti isə 137,2 milyon manat olub (2023-cü ilin 1-ci rübündə 126.6 milyon manat).
Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 34,2 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin 1-ci rübü ilə müqayisədə 13,5 milyon manat çoxdur.
BANKIN KREDİT PORTFELİ BÖYÜYÜB
ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2023-ci ilin sonu ilə müqayisədə 5,8% və ya 292,7 milyon manat artaraq 5,3 milyard manata çatıb. Qeyd etmək lazımdır ki, 2024-cü ilin ilk rübündə, ötən ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 132 milyon 857 min manat artaraq 2 milyard 637 milyon 473 min manata yüksəlib.
MƏCMU KAPİTALI 1,7 MİLYARDA MANATA YAXINLAŞIB
31 mart 2024-cü il tarixində ABB 1 milyard 654 milyon 724 min manat məcmu kapitala malik olub. İlk rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 20.45%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21.28% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6% və 12%) əhəmiyyətli şəkildə yüksəkdir.
31 mart 2024-cü il tarixində ABB-nin cəmi aktivləri 13,2 milyard manat, öhdəlikləri isə 11,3 milyard manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
40 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
56 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




