Sürətlə bahalaşır, qiyməti misin qiymətini ötdü
Kakaonun bahalaşması sürətlə davam edir. Kakaonun qiyməti 9 min dolları keçərək misdən baha olub.Qlobal bazarlarda əmtəə bazarı ilə bağlı müsbət gözləntilər olsa da, son vaxtlar bir məhsul çox danışılır: Kakao.
Marja xəbər verir ki, son zamanlar bahalaşma tempi ilə diqqət çəkən və son 46 ilin ən yüksək səviyyəsinə çatan kakao qiymətləri 1 ton üçün 9 min dolları keçib. Beləliklə, kakaonun qiyməti misin qiymətini (tonu 9 min dollar civarındadır) ötüb.
Kakao qiymətləri 9684 dolları test edib.
Mart ayında kakao qiymətlərində 5 faizə qədər artım olub. Bazar ekspertləri qiymətlərin 10 min dollara yüksələ biləcəyini qeyd edirlər.
2025-ci ildə şokolad qiymətlərinin daha yüksək ola biləcəyi vurğulanır.
Qiymətlərin artması qlobal tədarük zəncirini pozub - fermerlər kakaonu ilk öncə yerli treyderlərə satır, onlar da emal müəssisələrinə və ya qlobal treyderlərə satırlar.
Bu qlobal treyderlər Nestle, Hershey və Mondelez kimi qlobal şokolad nəhənglərinə kakao paxlası və kakao məhsulları satırlar.
Normalda treyderlər və kakao emalı zavodları bir il əvvələ qədər yerli treyderlərdən kakao paxlasını əvvəlcədən müəyyən edilmiş qiymətlərlə alırdılar.
Lakin bu il olduğu kimi, qıtlıq dövründə yerli treyderlər kakao paxlasını almaq fermerlərə tarla qiymətindən əlavə məbləğ ödəyirlər.
Daha sonra yerli treyderlər kakao paxlalarını bazarda qlobal treyderlərə baha qiymətə satırlar.
Qlobal treyderlər şokolad şirkətləri qarşısında öhdəliklərini yerinə yetirmək üçün istənilən qiymətə bu kakao paxlasını almağa tələsirlər. Yerli emal müəssisələri tez-tez kakao paxlası qıtlığı ilə üzləşirlər.
Fil Dişi Sahili və Qana adətən ucuz kreditlər təklif etməklə və ya qlobal treyderlərin ala biləcəyi kakao paxlasının miqdarını məhdudlaşdırmaqla yerli emal müəssisələrini qorumağa çalışırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)




