"Sülh müqaviləsinin mətni üzərində danışıqlar aparılır" - Azərbaycan Prezidenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransisi qəbul edib.
Söhbət zamanı Prezident İlham Əliyev, Azərbaycanın sülh gündəliyinə sadiqliyi, sülh müqaviləsinin əsasını təşkil edən fundamental prinsiplərin Azərbaycan tərəfindən irəli sürüldüyü və sülh müqaviləsinin mətni üzərində tərəflər arasında danışıqların aparıldığı qeyd olunub.
Dövlətimizin başçısı vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar Şərqi Avropa qrupunda konsensusun əldə edilməsi özlüyündə sülh gündəliyinin tərkib hissəsi olub. Belə ki, Azərbaycan Ermənistanın Şərqi Avropa qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib və qarşılıqlı şəkildə hərbçilər azad edilib ki, bu da sülh gündəliyinə xidmət edən məqamdır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Ermənistanın işğalına BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək son qoyub və nəticə etibarilə region bu gün sülhə həmişə olduğundan daha da yaxındır.
Dövlətimizin başçısı işğal dövründə Azərbaycan ərazilərində Ermənistan tərəfindən bir milyondan artıq minanın basdırıldığını bildirərək, bunun hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə mane olduğunu, insanların həyatları üçün təhlükə yaratmaqda davam etdiyini vurğuladı. Azərbaycanın öz milli imkanları hesabına mina probleminin aradan qaldırılması istiqamətində davamlı fəaliyyət həyata keçirdiyini deyən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq ictimaiyyət tərəfindən də dəstəyin vacibliyini qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, ərazilərimizin işğaldan azad olunmasından sonra indiyədək mina hadisələri nəticəsində 350-dən çox vətəndaşımız həlak olub və yaralanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 30 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























