Rabitəbankın “Mobil POS” xidməti ilə POS terminal cibinizdə!
(®) Müştərilərinin rahatlığı üçün hər zaman innovativ həllər təqdim edən Rabitəbank həm hüquqi şəxslərə, həm də fərdi sahibkarlara mobil telefonlarından POS terminal kimi istifadə imkanı verir.
“Mobil POS” ənənəvi POS terminalı əvəz edərək, “Android” mobil cihazlarından təmassız ödənişləri qəbul edən unikal xidmətdir. Belə ki, “Mobil POS” ödəmə həlli sayəsində sahibkarlar alış-veriş zamanı ödənişləri müştərilərdən NFC-ni dəstəkləyən cihazlarla - mobil telefon, smart saat, fitnes qolbaq və ya digər cihazlarla nağdsız qəbul edə bilərlər.
Xidmətin əsas üstünlükləri:
- Nağdsız ödənişlərin istənilən yerdə və zamanda mobil telefon vasitəsilə qəbul edilməsi;
- Elektron pul kisəsi ilə icra olunan ödənişlərin sürətli şəkildə qəbul edilməsi;
- Əlavə cihaza ehtiyacın qalmaması;
Bu xidmətlə icra olunan əməliyyatların “Visa”nın təhlükəsizlik tələblərinə cavab verərək, etibarlı şəkildə qorunması.
“Mobil POS” ilə cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS terminaldan fərqli olaraq “Mobil POS”a qoşulmaq üçün depozit məbləği və xidmət haqqı tələb olunmur.
Qeyd edək ki, Rabitəbankın təqdim etdiyi “Mobil POS” mobillik və çevikliyə ehtiyacı olan sahibkarlar üçün ənənəvi POS terminallara əla alternativdir. “Mobil POS” xidmətinə qoşulmaq üçün müştərin lazım olan sənədləri banka təqdim etməsi və “tapXphone” və “Rabita Business” proqramlarını yükləməsi kifayətdir. Xidmət haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/mobilepos
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
11 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















